Bakı Beynəlxalq Avtovağzal Kompleksi bu gün gücləndirilmiş iş rejimində çalışır

29 May 2019 11:37 (UTC+04:00)

Bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejimində çalışır.

Bu barədə Movqe.az-a Kompleksdən bildirilib.

Məlumata görə, oyunun gecə saat 1-də bitməsi nəzərə alınaraq, Gürcüstan və İran istiqamətində avtobus reyslərinin vaxtı gecə saat 3-ə qədər artırılıb, xəttə əlavə avtobuslar cəlb edilib.