Bakıda Arsenal və Chelsea azarkeşləri arasında dava düşdü - Yaralananlar var!

29 May 2019 12:36 (UTC+04:00)

Bakıda Avropa Liqasının final oyunundan əvvəl Arsenal və Chelsea-nin bir qrup azarkeşi arasında dava olub.

Movqe.az Goal.az-a istinadən xəbər verir ki, insident "Torqovı"dakı pivəxanaların birində baş verib.

Nəticədə Arsenal-ın 54 yaşlı azarkeşi Grogery Kilroe döyülüb. Onun başına butulka ilə zərbə vurulub. Zərərçəkən 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Bu gün Bakı Olimpiya Stadionunda təşkil olunacaq final qarşılaşması saat 23:00-da başlanacaq.