Hacıqabulda “Toyota Prado” aşdı - Ölən və yaralanan var

29 May 2019 14:28 (UTC+04:00)

Hacıqabulda ölümlə nəticələnən yol qəzası olub.

Movqe.az ONA-ya istinadla xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Hacıqabul rayonu ərazisində keçən hissəsində qeydə alınıb. “Toyota Prado” markalı, 10 UD 440 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə avtomobildə olan qadın - Hüseynova Afət Ələddin qızı dünyasını dəyişib. Ölən qadının oğlu isə yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.