UEFA Avropa Liqasının finalı oyunu dünyanın 204 ölkəsində canlı yayımlanacaq

29 May 2019 16:19 (UTC+04:00)

Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalı oyunu Azərbaycan da daxil olmaqla, dünyanın 204 ölkəsində canlı yayımlanacaq.

Movqe.az xəbər verir ki, İngiltərənin “Arsenal” və “Çelsi” komandaları arasında baş tutacaq matç Avropanın 48 ölkəsində nümayiş olunacaq. Avropadan kənarda isə 156 ölkənin vətəndaşları qarşılaşmaya canlı baxa biləcəklər.

Azərbaycanda finalı “CBC Sport” yayımlayacaq.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 23:00-da başlayacaq.