Bakıda polis küçələri atlarla qoruyur

29 May 2019 17:44 (UTC+04:00)

Bakıda polis asayişi qorumaq üçün maraqlı üsula əl atıb.

Movqe.az-ın məlumatına görə, UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə əlaqədar Daxili İşlər Nazirliyi şəhərin mərkəzi küçələrində avtomobillərin daxil olmadığı ərazilərdə (parklarda) qarovul xidmətini atlarla həyata keçirir.

Bundan əvvəl də Bakıda bir sıra beynəlxalq tədbirlər zamanı polis atlı dəstələrlə patrul xidmətini təşkil edib.