Wİ-Fİ-ya kartof taxaraq dalğa sürətini artira bilərsiniz

30 May 2019 09:40 (UTC+04:00)
Evdə Wi-Fi dalğasını gücləndirə biləcək bir neçə sirr var və buna əməl olunarsa dalğaların sürətləndiyini hiss etmək mümkün olacaq. Wi-Fi dalğaları əsasən radiodalğalardan ibarətdir. Yəni bu mobil telefon dalğaları ilə eynidir. Amma Wi-Fi dalğaları çox qısadır və modem uzaqlaşdıqca bu dalğalar daha da qısalır. 45 metrdən uzağa gedə bilməyən bu dalğaların qarşısıını divarlar və ya etrafda olan metal əşyalar kəsir. Movqe.az chip.az-a istinadən bildirir ki, evdə Wi-Fi gücləndirə biləcək bir neçə sirr var və buna əməl olunarsa dalğaların sürətləndiyini hiss etmək mümkün olacaq. Bu sirrlərdən biri də, kartofdur. Kartofun tərkibindəki su və kimyəvi maddələr bilavasitə Wi-Fi siqnallarını çəkib əks etdirməsinə yüksək təsir göstərir. Beləliklə, interneti daha yaxşı çəkir və sürəti ən az 3 dəfə artır.