Ukrayna qızıl ehtiyatlarını satır - Borcunu ödəmək üçün

30 May 2019 10:05 (UTC+04:00)
ehtiyatlarını satır. Trend-in məlumatına görə, bunu Ukrayna Milli Bankının sədri Yakov Smoliy deyib. Bank rəsmisinin sözlərinə görə, 2019-cu ilin may ayı üçün ölkənin qızıl ehtiyatları 1,2 milyard dollar dəyərində azalıb. Qızıl ehtiyatlarında isə bu göstərici 20,5 milyard dollardan 19,3 milyard dollara qədər düşüb. Y.Smoliy qeyd edib ki, 2019-cu ilin sonuna qədər Ukrayna 5 milyard dollar dəyərində xarici və daxili borclarını ödəməlidir.