Camal Qaşıqçını öldürən ŞOK SƏBƏB - Prezident kürəkənindən SENSASİON SÖZLƏR/FOTO

30 May 2019 11:05 (UTC+04:00)

ABŞ prezidenti Donald Trampın kürəkəni və baş məsləhətçisi Cerard Kuşner Səudiyyə Ərəbistanı vətəndaşı, jurnalist Camal Qaşıqçını terrorçu adlandırıb.

Publika.az xəbər verir ki, bu barədə “Vanity Fair” informasiya yayıb.

Nəşr Maykl Vufun yeni dərc olunan “Mühasirə: Tramp atəş altında” (“Siege: Trump Under Fire”) kitabına istinadən məlumat verir ki, Kuşner İstanbul konsulluğunda naməlum şəkildə qətlə yetirilən Camal Qaşıqçını Usamə Bin Ladenlə əlaqələndirib.

Kitabda Kuşnerin adı açıqlanmayan bir jurnalistə səs qeydindən kənar verdiyi müsahibədə Qaşıqçı haqqında “Bu adam kral ailəsindəki (Səudiyyə Ərəbistanı) bəzi fraksiyalar ilə Usamə arasında əlaqə yaradıb. Biz bunu bilirik. Jurnalistmi? Yox bir. Bu, jurnalist kimi üzünü maskalayan bir terrorçu idi”sözlərini deyib.

Xəbərdə, həmçinin, Kuşnerin Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın ən yaxşı müdafiəçilərindən biri olduğu qeyd edilib.

Məsələ ilə bağlı hələ ki, rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, Maykl Vulfun 2018-ci ilin əvvəllərində ABŞ prezidenti Donald Trampın prezident postundakı ilk ilindən bəhs edən və ən çox satılan kitablar siyahısına daxil olan “Alov və hirs: Tramp Ağ evin içindən” adlı kitabı da geniş mübahisələrə səbəb olmuşdu. Yazıçının əvvəlki kitabının davamı kimi dərc edilən “Mühasirə: Tramp atəş altında” adlı 315 səhifəlik kitabında Trampın sabiq və mövcud işçiləri ilə etdiyi müsahibələr yer alıb.

Xatırladaq ki, "Vaşinqton Post" nəşrinin əməkdaşı Camal Qaşıqçı 2 oktyabr 2018-ci ildə Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda naməlum şəkildə qətlə yetirilmişdi. Qətlin törədicilərinin və sifarişçilərinin adları hələ də gizli olaraq qalır.