Oqtay Əsədov: UEFA Avropa Liqasının final matçı Azərbaycanda yüksək səviyyədə keçdi

30 May 2019 13:14 (UTC+04:00)
UEFA Avropa Liqasının final matçı Azərbaycanda yüksək səviyyədə keçdi. Trend-in məlumatına görə, bunu Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında deyib. O.Əsədov bildirib ki, oyun zamanı bütün qaydalar, təhlükəsizlik və asayiş yüksək səviyyədə təmin olundu: "Hamınızı təbrik edirəm və hüquq-mühafizə orqanlarına asayişi yüksək səviyədə qoruduğu üçün təşəkkür edirəm".