Bakıda qadına qarşı soyğunçuluq edən şəxs tutulub

30 May 2019 17:23 (UTC+04:00)

Bakıda qadına qarşı soyğunçuluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Mətbut xidmətindən verilən məlumata görə, “102 - Zəng Mərkəzi” Xidmətinə müraciət edən Bakı şəhər sakini E.Qurbanova mayın 28-də Təbriz küçəsində naməlum şəxsin ona zor tətbiq edib qızıl boyunbağısını aldığını bildirib.

Müraciətlə əlaqədar dərhal Nərimanov RPİ 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Şabran rayon sakini Y.Mürsəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilərək götürülüb.

Araşdırma aparılır.