Gülər Əhmədova hakimə etiraz etdi

14 May 2013 14:16 (UTC+04:00)
Sabiq millət vəkili Gülər Əhmədovanın barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə məhkəmə qərarından verilmiş apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsi  təmin etməyib. Bu barədə məlumatı Movqe.az-a Gülər Əhmədovanın nümayəndəsi Zülfiyyə Bayramova verib. Z. Bayramova bildirib ki, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə yerli məhkəmənin qərarı dəyişdirilmədən saxlanılıb. Z. Bayramova bildirib ki, qərara sabiq millət vəkili etiraz edib. Üzünü hakimə tutan Gülər Əhmədova "məni dələduzluqlamı ittiham edərək həbs edirsiniz? Dələduzun ən yekəsi Elşad Abdullayevdi. O, da qaçıb oturub Fransada. Onun yerinə məni, günahsız adamı həbs edirsiz? deyə bildirib. Hakim isə Gülər Əhmədovanın bu sözlərini susqunluqla qarşılayıb.