Yasamaldan qaçırılan maşın Qaradağda tapıldı

30 May 2019 16:44 (UTC+04:00)

Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini S.Mustafayev mayın 28-də L.İmanov küçəsindən “Daewoo” markalı avtomobilinin qaçırıldığını bildirib.
DİN-in Mətbuat Xidmətindən Movqe.az -a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini R.Əzimov Qaradağ RPİ 11-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Araşdırma aparılır.