Akdeniz Universiteti Xəstəxanasında 2 gün fasiləsiz orqan nəqli

14 May 2013 14:34 (UTC+04:00)

Mövqe.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə,  Akdeniz Universiteti Xəstəxanası Prof. Dr.Tuncer Karpuzoğlu Orqan Nəqli İnstitutunda həkimlər 2 günü heç yatmamaqla, 4 gün ərzində 9 böyrək, 3 qaraciyər və 1ürək nəqlini reallaşdırıblar.


İnstitutun direktoru Doç. Dr. Ayhan Dinçkan, jurnalistlərə verdiyi açıqlamada çox yorğun bir həftəni geridə qoyduqlarını söyləyib.


Orqan nəqli mərkəzinin hər cür nəqlin həyata keçirə bildiyi nümunəvi mərkəzlərdən olduğunu vurğulayan Dinçkan 4 gün ərzində 9 böyrək, 3 qaraciyər və 1ürək nəqli reallaşdırdıqlarını bildirib. Dinçkan, 4 gün əvvəl ilk olaraq çarpaz nəql etdiklərini izah edərək,  Bahide Hündürün böyrəyinin Turqut Sarıkayalıya, Bahide Hündürün həyat yoldaşı Oğuz Hündürə ise Turqut Sarıkayalının anası Xədicə Sarıkayalının böyrəyini nəql etdiklərini söyləyib.