Milli Məclisin yaz sessiyası başa çatıb

31 May 2019 14:00 (UTC+04:00)

Azərbaycan Milli Məclisinin yaz sessiyası başa çatıb.

Movqe.az xəbər verir ki, sessiyanın sonuncu plenar iclası bu gün – mayın 31-də keçirilib.

Sonucu iclasda "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi müzakirə olunub.

Sonda Azərbaycanın dövlət himni səsləndirilib.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.

Parlamentin növbədənkənar sessiyasının keçirilməsi nəzərdə tutulur.

Deputatlar iyul ayının 15-dən avqust ayının 30-dək tətildə olacaqlar. Məzuniyyətdə olduğu zaman deputatlara müalicə olunması və istirahət etməsi üçün onların iki aylıq vəzifə maaşı məbləğində müavinət verilir.

Payız sessiyası isə sentyabrın 30-da başlayacaq.