Bu il üç DOST Mərkəzi açılacaq

31 May 2019 15:20 (UTC+04:00)

"Bu il üç DOST Mərkəzinin açılması üzərində ciddi işlər aparılır".

Movqe.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, açılış ilin sonunadək planlaşdırılır: "Amma təmir-tikinti məsələləri vaxt apardığı üçün dəqiq demək olmur. Düşünürük ki, ilin sonuna qədər ən azı birini yekunlaşdıra biləcəyik. Gələn ilin birinci rübündə də qalan ikisini yekunlaşdıracağıq".