II və III qruplar üzrə qəbul imtahanının nəticələri açıqlanıb

31 May 2019 16:25 (UTC+04:00)

II və III qruplar üzrə qəbul imtahanının nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən (DİM) Movqe.az-a verilən məlumata görə, abituriyentlər iş nömrələrini 7727-ə göndərməklə nəticələri ilə tanış ola bilərlər.

Nəticələr yaxın saatlarda DİM-in saytına da yerləşdiriləcək.