Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı Abşeronun xəstəliklərdən azad zona elan edilməsinə müsbət yanaşıb

1 İyun 2019 15:51 (UTC+04:00)

Abşeronun zoonoz xəstəliklərdən azad zona elan edilməsinə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı artıq müsbət fikrini bildirib.

Movqe.az-ın məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.

Onun sözlərinə görə, müvafiq dövlət qurumları ilə birgə Abşeronu xəstəlikdən azad zona elan edəcəklər:

"Hazırda bunun üçün hazırlıq tədbirləri həyata keçirilir. Eyni zamanda, Abşeron ərazisində həm fərdi təəssərüfatlar, həm də sahibkarlıq strukturlarında olan təsərrüfatların hamısında qeydiyyat aparılır. Qeydiyyat prosesi bitdikdən sonra elan verəcəyik və müvafiq qaydada Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının qoyduğu prosedur qaydalara əsasən tədbirlərimizi həyata keçirməyə başlayacağıq".