Telefonun yanında yatarkən və danışarkən beyində nə baş verir? - İnsanı öldürən DƏHŞƏTLİ FAKTLAR

1 İyun 2019 20:07 (UTC+04:00)

İnsan orqanizminin bütün üzvlərində olduğu kimi, beyində də xərçəng xəstəliyi yarana bilər.

Movqe.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (WHO) 130-dan çox beyin xərçəngi növünün olduğunu aşkar edib.

Mütəxəssislərin fikrincə, genetik faktorlar, radiasiya, heyvan virusları, fenol və benzin birləşmələri ilə işləyən peşə qrupları və tütündən istifadə beyində xərçəngin yaranma riskini çoxaldır.

Avropa ölkələrində beyində xərçəng şişlərinin yaranma faktoruna 100 min insanda 5-10, Uzaq Şərq ölkələrində 100 min insanda 1-2 nəfərdə rast gəlinir. Beyin xərçəngi qadınlara nisbətən, kişilərdə daha çox yaranır.

Simptomları

Bu xəstəlik növünün simptomları qusma, ürəkbulanma, görmə qabiliyyətinin aşağı düşməsi, şüurun qapanması, epilepsiya, qol və ayaqlarda gücsüzlük və böyümə, əsəbilik, iştahsızlıq, eşitmənin pisləşməsi, unutqanlıq, danışıqda və qavramada problem, yazmaq bacarığının itməsidir. Bunlardan bir neçəsi bir insanda biruzə verirsə, həkimə müraciət etmək mütləqdir.

Növləri

Xoşxassəli xərçəng şişləri bəzən həyat üçün təhlükə yarada bilər. Buna o zaman rast gəlinir ki, şişlər beyində sinir və damarlara yapışır və əməliyyatla çıxarılması mümkün olmur. Bəzi zamanlarda isə nadirən də olsa, bədxassəli şişə çevrilir.

Bədxassəli şişlər isə sürətlə böyüyüb ətraflarındakı sağlam toxumalara da zərər verir və bədənin digər oqranlarına yayıla bilirlər. Şişin ömrü onun patalogoyası, şüa və dərman müalicəsi qəbul edib-etməməsinə və xəstənin yaşına bağlıdır. Beyinə həmçinin, başqa orqanlarda yaranan xərçənglər də yayıla bilir. Beyinə ən çox ağ ciyər, döş, qalın bağırsaq, mədə, dəri və prostatda yaranan şişlərdən xərçəng keçə bilər. Bədxassəli şişlərin əməliyyat, biopsiya, şüa müalicəsi və dərmanla müalicə metodları var.

Xəbərdarlıq

Mütəxəssislər xəbərdarlıq edir ki, beyində xərçəngin yaranmasının qarşısını almaq üçün radiasiya şüalarından uzaq durmaq lazımdır. Mobil telefonların istifadəsində diqqətli olunmalı, danışarkən qulaqlıqdan istifadə edilməli, uzun çəkən danışıqlardan imtina etməli, yastıq altında və başa yaxın yerlərdə telefon qoyulmamalıdır.

Nə zaman həkimə müraciət olunmalıdır?

1.Ağrı daimi və artan şiddətlə davam edirsə

2. İlk dəfə 10 yaşdan aşağı və ya 50 yaşdan yuxarı ikən baş ağrısı ortaya çıxıbsa

3. Daha öncə mövcud olan ağrı şiddətlənibsə və ya forma dəyişdiribsə

4. Baş ağrısı indiyə qədər həyatda qarşılaşdığı ən şiddətli ağrıdırsa, dərman atılsa belə keçmirsə

5. Danışıqda, görmədə məhdudiyyət, qol və ayaqlarda keylik, gücsüzlük yaranıbsa

5. Baş ağrısı hər zaman eyni bölgədədirsə

6. Səhər yuxudan durarkən baş ağrısı varsa və qusma ilə keçib gedirsə. (publika.az)