Saatlıda 82 yaşlı kişi intihar edib

2 İyun 2019 10:00 (UTC+04:00)

Saatlıda 82 yaşlı kişi özünü asaraq intihar edib

“Report”un Aran bürosu xəbər verir ki, hadisə ötən gün gecə saatlarında rayonun Qaralar kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1937-ci il təvəllüdlü Əhədov Əbdülhəsən Abduləli oğlu həyətdəki tövlədən özünü asaraq intihar edib.

İntihar hadisəsinin səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.