Samuxda tələbə qız özünü asıb

2 İyun 2019 11:03 (UTC+04:00)

Samuxda tələbə qız intihar edib.

"Report"un məlumatına görə, hadisə rayonun Eldar kəndində qeydə alınıb. Kənd sakini, 2000-cı il təvəllüdlü Bəsti Yasin qızı Allahverdiyeva özünü yaşadığı evin çardağından asaraq intihar edib.

Onun 2-ci kurs tələbəsi olduğu bildirilir.

Meyit müayinə üçün tibbi ekspertizaya aparılıb.

Onun hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.