Neymar zorlamada günahlandırılır

2 İyun 2019 17:30 (UTC+04:00)

PSG-nin üzvü Neymar zorlamada günahlandırılır.

Movqe.az Goal.az-a istinadən xəbər verir ki, bu barədə UOL məlumat yayıb.

Portalın məlumatına görə, adını çəkilməsini istəməyən qadın Neymarın ona Parisdə təcavüz etdiyini söyləyib.

Qadının sözlərinə görə, hadisə mayın 15-də Fransa paytaxtında yerləşən otellərin birində baş verib. Eyni zamanda, qız Braziliyada da artıq ərizə vediyini və başqa bir ölkədə polisə getməkdən qorxduğunu deyib.

Qeyd edək ki, polis apellyasiya şikayətini təsdiqləyib, lakin bu məsələ ilə bağlı rəsmi şərh verməkdən imtina edib.