Dünyanın ən kiçik körpəsi - 245 qram doğuldu + Fotolar

2 İyun 2019 20:20 (UTC+04:00)

Amerikanın Kaliforniya ştatında dünyanı heyrətə gətirən hadisə baş verib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, anasının yüksək təzyiq səbəbilə 23 həftə 3 günlük dünyaya gətirdiyi körpə cəmi 245 qr olub.  Həkimlər ailəyə Saybi adlı uşağın ən çox bir saat yaşaya biləcəyini deyiblər. Ancaq o, tibb dünyasını heyrətləndirməyi bacarıb. 5 aydan çox küvəzdə qalan körpə 2,2 kq olduqdan sonra evə buraxılıb.

Həkimlər onun tamamilə sağlam olduğunu bildiriblər.