Bakının iki qəsəbəsində su olmayacaq

3 İyun 2019 10:25 (UTC+04:00)

Magistral su kəmərlərində aparılan yenidənqurma işləri ilə əlaqədar bu gün Bakının Suraxanı rayonunun Qaraçuxur və Zığ qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Movqe.az bu barədə "Azərsu" ASC-yə istinadən xəbər verir. 

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.