Azərbaycan Prezidenti Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul edib-YENİLƏNİB

3 İyun 2019 14:46 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-dəAvropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Movqe.az xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinə dair fikir mübadiləsi aparıldı.

Söhbət zamanı, həmçinin Azərbaycan və Avropa İttifaqı arasında nəqliyyat, enerji, iqtisadiyyat və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə olundu, əlaqələrimizin inkişaf perspektivləri müzakirə edildi.

 

11:30

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-dəAvropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Movqe.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.