Qəbələ-dən ayrılan daha bir futbolçu Zirə-də

3 İyun 2019 13:57 (UTC+04:00)

“Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib.

Movqe.az Goal.az-a istinadən xəbər verir ki, qəsəbə təmsilçisi Elvin Camalovla anlaşıb. 24 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanılıb.

Camalov daha əvvəl “Qəbələ”də forma geyinib. Oyunçu həmçinin Azərbaycanın müxtəlif yaş qrupu üzrə milli komandalarının da şərəfini qoruyub.

Qeyd edək ki, "Zirə" daha öncə "Qəbələ"dən ayrılan Cavid Hüseynovu da heyətinə qatıb.