Bakı Şəhəri üzrə Təhsil İdarəsi səyyar qəbul təşkil edəcək

3 İyun 2019 14:15 (UTC+04:00)

İyunun 7-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev vətəndaşları qəbul edəcək.

BŞTİ-dən Movqe.az-a bildirilib ki, səyyar qəbulun məqsədi vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, vətəndaşları maraqlandıran məsələlərə yerində aydınlıq gətirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli işin aparılmasıdır.

Səyyar qəbulda müəllim və valideynlərin müraciətləri BŞTİ-nin müdiri tərəfindən dinləniləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.

Xatırladaq ki, Nizami və Nərimanov rayonları üzrə keçiriləcək müəllim və valideynlərin səyyar qəbulu 291 nömrəli Ekologiya liseyində (Ünvan: Mayakovski küçəsi 12) saat 10:00-da başlanacaq.