İki şəxsə "Əməkdar mühəndis" fəxri adı verilib

3 İyun 2019 18:08 (UTC+04:00)

Prezident İlham Əliyev Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti və sahibkarlarla iş sahəsində fərqlənən şəxslərə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. 

Movqe.az-ın məlumatına görə, sərəncamla Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlığın genişləndirilməsi ilə bağlı dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilib:

Bəşirov Elxan Hidayət oğlu

Məmmədov İsmayıl İmran oğlu.