Şahin Mustafayev: "Bu il 416 sahibkara geri qaytarılan vəsaitdən 41,5 milyon manat güzəştli kredit verilib"

4 İyun 2019 10:43 (UTC+04:00)

"Sahibkarların maliyyəyə çıxışın təmin edilməsi üçün bu ilin ötən dövründə layihələrin ümumi dəyəri 159,5 milyon manat olan 416sahibkara geri qaytarılan vəsaitlər hesabına 41,5 milyon manat güzəştli kredit verilib".

Movqe.az xəbər verir ki, bunu Azərbaycan İqtisadiyyat naziri Şahin Mustafayev "Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır" adlı konfransda çıxışı zamanı bildirib.

O əlavə edib ki, bu isə 1500-dən çox iş yerinin yaradılmasına imkan verəcək.

Xatırladaq ki, bu gün Bakıda "Sahibkarlıq Günü"nə həsr olunmuş tədbir keçirilir. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və digər rəsmilər iştirak edirlər.