Nizami rayonunda kol-kos yanıb - Ağaclara keçməsinin qarşısı alınıb

4 İyun 2019 15:10 (UTC+04:00)

Bakı şəhərinin Nizami rayonu, Məmmədəli Şərifli küçəsində 600 m² sahədə quru ot və kol-kos yanıb.

Fövqəladə Hallar Nazirliyindən Movqe.az-a verilən məlumata görə, yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.