Nardaran sakinindən narkotik vasitə, ov tüfəngi və 5 ədəd patron götürülüb

4 İyun 2019 15:24 (UTC+04:00)

Nardaran sakinindən narkotik vasitələr, ov tüfəngi və 5 ədəd patron götürülüb.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, Sabunçu RPİ 42-ci PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş A.Muradovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 107 ədəd çətənə kolu, evindən isə 1 kiloqram 745 qram marixuana, habelə lüləsi və qundağı kəsilmiş ov tüfəngi və 5 ədəd patron aşkar edilərək götürülüb.