Küçədə bıçaqlanmış vəziyyətdə tapıldı

15 May 2013 11:33 (UTC+04:00)

Mayın 14-də axşam saatlarında Quba rayonunda bıçaqlanma faktı qeydə alınıb. Mövqe.az-ın məlumata görə, Birinci Nügədi kənd sakini, 39 yaşlı Ağaməmmədov Məzahir Ramiz oğlu bıçaqlanıb. O, dərhal Quba Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.

Yaralıya döş qəfəsinin sol nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Onun vəziyyətinin ağır olduğu bildirilir. M. Ağaməmmədovun hansı şəraitdə və kim tərəfindən bıçaqlanması hələlik məlum deyil. Bıçaqlanan şəxsin Quba rayonunun Birinci Nügədi kəndində küçədə yaralı vəziyyətdə tapıldığı bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.