Bakıda evli kişi sevgilisini öldürüb intihar etdi

4 İyun 2019 11:59 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, Azərbaycanda evli və iki uşaq atası Vasif Abbasov qeyri-rəsmi münasibətdə olduğu Aygünü bıçaqlayıb öldürüb.

Movqe.az Unikal.org-a istinadla xəbər verir ki, "Xəzər" televizyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verilişində axtarılan Vasif Abbasovla bağlı bəzi təfərrüatlar ortaya çıxıb.

Aparıcı bildirib ki, Aygün kürəyindən bıçaqlanıb:

"Vasifin idarə etdiyi avtomobil qəzaya uğrayıb. Aygün də içərisində olub. Aldığım ilkin məlumata görə, Aygün, həqiqətən, bıçaqlanıb. Bəlkə də Vasif intihar edib. Bu barədə heç nə deyə bilmərəm. Polis məlumat verəcək. Amma onu deyə bilərəm ki, hər ikisinin cəsədi götürülüb".

Qeyd edək ki, Vasif evli olub, 2 övladı var.