Nazpəridən bacısına qadağa: "Efirdə çox danışma"

4 İyun 2019 20:51 (UTC+04:00)

Axşam.az-ın məlumatına görə, efirdə gənc yazar Kəramət Böyükçöllə sənətçi arasında mübahisə düşüb.

Kəramətin aşıq sənətini tənqid etməsinə, Zeynəb sərt cavab verib. Əsəblərinə hakim ola bilməyən Dostəliyeva bacısı Nazpərinin ona qoyduğu qadağanı da açıqlayıb:

"Məni məcbur edirsiniz danışmağa. Bacım tapşırıb ki, efirdə çox danışma, əsəbiləşib, reaksiya vermə".