Zakir Həsənov “Şöhrət” ordeni ilə təltif edilib

5 İyun 2019 11:45 (UTC+04:00)

Prezident İlham Əliyev Zakir Həsənovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Movqe.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılmasında xidmətlərinə görə Zakir Əsgər oğlu Həsənov “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, iyunun 6-da Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun 60 yaşı tamam olur.