Bakı sakininin avtomobilindən 11 kq civə götürülüb

5 İyun 2019 17:06 (UTC+04:00)

Bakı şəhər sakininin avtomobilindən 11 kiloqram civə götürülüb.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, Qaradağ RPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Ə.Qədimovun idarə etdiyi “Hyundai” markalı avtomobilə baxış zamanı oradan çəkisi 11 kiloqram olan civə aşkar edilərək götürülüb.