"Onun müğənni olması üçün hər şeyimdən keçəcəm"

5 İyun 2019 18:15 (UTC+04:00)

"Uzun müddət depresiyada olmuşam. Gördüm ki, nə qədər xalqın içinə olsam da, arxa cəbhədə qalırdım. Küsürdüm, sıxılırdım. Elə vəziyyət yaranmışdı ki, sənətə təsadüfən gələnlərə oxşayırdım. Efirə həvəsim yox idi. Daha çox toylara getmək istəyirdim. Qazandıqca, bir tərəfdən itirirdim. Nəticədə ötən il fəxri ad aldım. Çox gözləyirdim".

Axşam.az-ın məlumatına görə, bu sözləri Əməkdar artist Könül Kərimova "Ulduzlu yayım" proqramında deyib. Müğənni bacısı Sevincin də ifaçı olmasını arzuladığını söyləyib:

"Efir xatirinə sakit oturmuşam. Dəhşət mübahisə aparır, səbələşirəm. Bilirəm ki, bacım oxuya bilər. Gözəl səsi var. Onunla bacarmadım, müğənni olmadı.

İndi oğlum Rəşaddan və qardaşım qızı Nuraydan yapışmışam. İstəyirəm oxusunlar. Nurayın əlindən tutub imtahana apardım, musiqi məktəbinə qəbul olmalıdır. Onun müğənni olması üçün hər şeyimdən keçəcəm".