Bakı Olimpiya Stadionu UEFA tərəfindən mükafatlandırılıb - FOTO

5 İyun 2019 20:36 (UTC+04:00)

2015-ci ildən fəaliyyətə başlayan və hər il ən azı bir beynəlxalq turnirə ev sahibliyi edən Bakı Olimpiya Stadionu (BOS) UEFA tərəfindən mükafatlandırılıb.

Movqe.az-ın məlumatına görə, BOS aralarında “Allianz Arena” “Aviva Stadium” “Kamp Nou” və “Santiago Bernabeu” kimi dünyaca məşhur arenaların da olduğu UEFA-nın Elit Stadionları siyahısına daxil edilıb.

Qeyd edək ki, qitənin ikinci ən nüfuzlu klub turniri olan UEFA Avropa Liqasının final qarşılaşması mayın 29-da Azərbaycanın ən böyük stadionunda baş tutub. AFFA-nın və Yerli Əməliyyat Komitəsinin əməkdaşlarının peşəkar təşkilatçılığı, hüquq-mühafizə orqanlarının yüksək təhlükəsizlik tədbirləri, KİV nümayəndələrinin media işləri, könüllülərin tamaşaçı xidmətləri və stadionu dolduran azarkeşlərin dəstəyi ilə ərsəyə gələn gecənin sonunda Bakı mötəbər idman tədbirlərinə daim hazır olduğunu bir daha sübut edib. Gələn il BOS ilk dəfə olaraq UEFA-nın 60 illiyi münasibəti ilə 12 müxtəlif stadionda keçiriləcək Avropa çempionatının əsas stadionlarından biri olacaq.