Putin dünyanın gözlədiyi qərarı AÇIQLADI: "Geri çəkilirik"

6 İyun 2019 18:30 (UTC+04:00)
Rusiya 2021-ci ildə başa çatacaq Strateji Silahların Azaldılması Razılaşmasından (START) imtina edir. Publika.az Fransanın AFP agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin açıqlama verib. Sankt-Peterbuqrda keçirilən Beynəlxalq İqtisadi Forumda (SPIEF 2019) çıxış edən prezident bildirib ki, razılaşmadan çəkilmək üçün hazırlıqlar aparılır. "ABŞ-ın raketlərlə bağlı razılaşmadan çəkilməsi qlobal təhlükəsizliyi sual altında qoyur. Beynəlxalq silah nəzarəti sisteminin çökməsi məsələsində ciddi risk mövcuddur"-, Putin bildirib.