Putin neft üçün mükəmməl qiyməti açıqladı

6 İyun 2019 21:37 (UTC+04:00)
Rusiya neftin dünya qiymətlərində bir barel üçün 60-65 dollar olmasında maraqlıdır. Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda prezident Vladimir Putin Sankt-Peterburqda keçirilən beynəlxalq iqtisadi forumda bildirib. "Neftin 60-65 dollar həddində olması bizi tamamilə qane edir", - Putin qeyd edib. Putin xatırladıb ki, Rusiya büdcəsində neftin qiyməti 40 dollar nəzərdə tutulub.