Turistlərin olduğu avtobus qəzaya düşdü - 15 ölü, 6 yaralı

6 İyun 2019 22:50 (UTC+04:00)
Dubayda içində turistlərin olduğu avtobus qəzaya düşüb. Movqe.az "RİA-Novosti" agentliyinə istinadən xəbər verir ki, polisin məlumatına görə, 15 nəfər həlak olub, daha 5-i ağır yaralanıb. Avtobusda 31 sərnişin olub. Turistlərin hansı ölkədən olduğu barədə hələlik məlumat yoxdur. TASS agentliyinin xəbərinə görə, avtobusda Omana aid dövlət nömrə nişanı var idi.