İyunun 10-da ölkədə radio və televiziya proqramlarının yayımında fasilələr olacaq

7 İyun 2019 13:44 (UTC+04:00)

Radio Televiziya yayımı və Peyk rabitəsi İstehsalat Birliyi tərəfindən iyunun 10-da saat 06:00-dan 15:00-dək növbəti kompleks profilaktika işləri aparılacaq. Bu müddət ərzində ölkə ərazisində radio və televiziya proqramlarının yerüstü yayımında fasilələr olacaq.

Movqe.az xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məlumat yayıb.

Bildirilir ki, kompleks profilaktika radio-televiziya proqramlarını istehsal edən şirkətlərlə öncədən razılaşdırılmış qrafik əsasında il ərzində bir neçə dəfə aparılır. Qrafikə əsasən, növbəti kompleks profilaktika işlərinin sentyabrın 16-da aparılması nəzərdə tutulub.