Bakıya gələn cütlük toy günü 1000 uşağa kömək etdi

7 İyun 2019 14:05 (UTC+04:00)

Ölkə başçısı Recep Tayyip Erdoğan və xanımı Emine Erdoğanın nikah şahidliyini edəcəyi futbolçu Mesut Özil və model Amine Gülşe toyu bu gün keçiriləcək.

Axşam.az xəbər verir ki, ötən həftə Bakıya gələn cütlük özəl gününü unudulmaz etmək üçün gözlənilməz addım atıb. Onlar ehtiyacı olan 1000 uşağı öz maddi gücləri ilə əməliyyat etdirəcək.

Çox hissəsi Afrika, bir qismi isə Türkiyədə olan uşaqların əvvəlcədən müayinə edildiyi və əməliyyat olunma diaqnozu qoyulduğu söylənilib.

Cütlük "İstanbulda evlənəcəyimiz üçün xoşbəxtik. Bunu kasıb, kimsəsiz uşaqlarla bölüşmək istədik. 1000 uşağa gözəl gələcək verəcəyik" deyə, bildirib.

Qeyd edək ki, Mesut "BigShoe" dərnəyi vasitəsilə 2014 Dünya Kuboku ərəfəsində Braziliyada ehtiyacı olan uşaqları əməliyyat etdirmişdi.