Bakıda qaldırıcı kranın üzərinə çıxaraq intihar etmək istəyən şəxs xilas edilib

7 İyun 2019 15:28 (UTC+04:00)

Bakıda intihara cəhdin qarşıs alınıb.

Movqe.az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Səbail rayonunda 1 nəfər qaldırıcı kranın üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.