Fransadan İrəvanın Qarabağdakı separatçı rejimi legitimləşdirmək cəhdinə ağır zərbə

8 İyun 2019 10:00 (UTC+04:00)

Fransanın Serji-Pontuaz inzibati məhkəməsinin bu ölkənin Arnuvil şəhəri ilə Azərbaycanın işğal olunmuş Xocavənd rayonunun inzibati bölgələrindən biri arasında imzalanan 2018-ci il 22 oktyabr tarixli qeyri-qanuni “saziş”in ləğv olunmasına dair qərarı müəyyən dairələrin Ermənistanın Dağlıq Qarabağdakı separatçı rejimi legitimlşdirmək cəhdlərinə ağır zərbə olub. 2019-cu il fevralın 28-də başlanan məhkəmə dinləmələri mayın 29-da başa çatıb. Məhkəmə 2018-ci il oktyabrın 22-də imzalanmış “Dostluq haqqında xartiya” adlı  sənədin qeyri-qanuni, heç bir hüquqi qüvvəyə malik olmadığını müəyyənləşdirib və onun Fransanın beynəlxalq öhdəliklərinə zidd olmasını elan edərək ləğvi barədə müvafiq qərar çıxarıb.

Ötən ilin yayında Prezident İlham Əliyevin Fransaya səfərində bu ölkənin prezidenti Emmanuel Makronla Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının müzakirə edib. Minsk qrupunun həmsədrlərindən biri olan Fransanın dövlət başçısı əminliklə bildirib ki, Fransa bölgəyə davamlı sülhün gətirilməsi üçün xüsusi bir məsuliyyət daşıyır və bu münaqişənin bölgənin bütün xalqları üçün faydalı sonluqla başa çatmasından ötrü yeganə variant olan danışıqlar vasitəsilə həll yolunun tapılması üzərində işləməyə davam edəcək.

Birinci vitse-prezident Mehriban Əliyeva da Fransaya sonuncu səfərində münaqişənin nizamlanması yolları barədə önəmli müzakirələr aparıb və bu işdə beynəlxalq hüquq və normaları uyğun həll yolunun axtarılmasının vacibliyini qeyd edib. Göründüyü kimi, diplomatik gedişlər və söhbərlər faydasını verib və qondarma respublikanın başıpozuq fəaliyyətinə hüquqi qiymət verilib.

Separatçı rejimin qondarma fəaliyyəti tək Fransa ilə bitmir. Bir çox ölkələrdə erməni lobbisinin bilavasitə təsiri ilə bu cür beynəlxalq hüquqa zidd müqavilələrin mövcud olması bəllidir. Düzdür, belə müqavilələr olduqca aşağı səviyyəli, məsələn, kiçik şəhərcik, qəsəbə və ya hansısa kommün arasında bağlanmış və sözdən başqa digər bir əməli fakta əsaslanmayan kağız parçalarıdır. Amma separatçılar belə cılız müqavilələri şişirdərək az qala dövlətin mövcudluq atributu kimi təsəvvür edir və cəmiyyəti aldadaraq özlərini real dövlətin nümayəndələri qismində təqdim edirlər. Bu mənada Fransa məhkəməsinin qərarı ədalətlilik və beynəlxalq hüququn qorunması baxımından hüquqi presedent mahiyyəti daşıyır. Heç şübhəsiz, bu qərar Ermənistanın işğalçılıq siyasətinə və separatçıların yaşadıqları ölkəyə qarşı xəyanətkarlıqlarına ağır zərbədir. Bu qərar ermənilərin güclü təsirə malik olduqları Fransada bu cür əməlləri genişləndirmələrinə ciddi maneə olacaq. Eyni zamanda digər ölkələrdəki şəhərlərlə bağlanmış bu cür sənədlər avtomatik olaraq əhəmiyyətini itirəcək.

Fransadan başlanmış saxta müqavilələrin ləğv qərarı separatçıları ciddi təlaşa salıb. İşğalçı Ermənistanın “lragir.am” saytında dərc olunmuş “Ermənipress”in məlumatı buna sübutdur.  Qondarma respublikanın “xarici işlər nazirliyinin ictimai əlaqələr departamenti”in şərhində deyilir ki, fransız şəhəri Arnuvil ilə Şəhər kommunası arasında dostluq və əməkdaşlıq müqviləsinin ləğvi dərin təəssüf doğurur. Qərubədir ki, erməni tərəfdən adı hallanan kommuna Azərbaycan dilinə məxsus “Şəhər” adını daşıyır. Təbii ki, fransızlar bu faktı bilmirlər. Bəs, ermənilər görəsən fransızlara bunu izah ediblərmi? Təkcə bu fakt sübut edir ki, hadisə Azərbaycan ərazisində baş verir, müqavilənin subyekti Azərbaycan kökənlidir. Elə isə, “DQR” nə deməkdir? Yəni, sənəd Azərbaycan dövləti ilə Fransa dövləti arasında bağlanmalıdır. Bu reallığı inkişaf etdirmək əvəzinə fırıldaq yollarla separatçı rejimə haqq qazandırmaq cəhdinin sonu müqalənin ləğvi ilə bitməli idi ki, Azərbaycan müstəqil dövlət kimi bu hüquqazidd əmələ son qoyub.

Məsələ burasındadır ki, Azərbaycan rəhbərliyinin diplomatik səylərindən sonra Fransanın XİN-i  və Daxili İşlər Nazirliyi məhkəməyə bu cür məsələlərə son qoyulmasına dair bir tövsiyə göndərib. Məhkəmə də  məsələni hüquqi cəhətdən araşdırıb üzdəniraq “sazişi” ləğv edib. Qərarda “saziş”i hazırlayan və imzalayan merə də cəza nəzərdə tutulub. Bu səbəbə görə qərar hüququ pozan məmjurlar üçün presedent sayılırr. Artıq digər istər məmur, istərsə də digər səlahiyyətli belə özbaşınalığa yol verməkdən çəkinəcək. İşğalçılar da dərindən düşünsələr başa düşəcəklər ki, Azərbaycanın haqq mübarizəsi qarşısında işğalı legitimləşdirə bilməyəcəklər. Çünki, erməni lobbisinin ən güclü olduğu bir dövlətdə buna nail ola bilməyiblərsə, digər dövlətlərdə gərək heş ağızlarını belə açmayalar.

N.NOVRUZ