Azərbaycanda beynəlxaq sərnişin qatarlarına 30 gün əvvəl bilet almaq mümkün olacaq - SABAHDAN

7 İyun 2019 20:00 (UTC+04:00)

Beynəlxaq sərnişin qatarlarında bilet satışı qaydaları dəyişir.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a verilən məlumata görə, beynəlxaq sərnişin qatarlarında bilet satışının təkmilləşdirilməsi və sərnişinlər tərəfindən biletlərin öncədən alınmasının təmin edilməsi məqsədi ilə, sabahdan beynəlxalq sərnişin qatarlarına bilet satışı qatarların yola düşməsinə 30 gün qalmış başlayacaq.