Bərdədəki dəhşətli qəzada xəsarət alan iki nəfər xəstəxanada öldü

8 İyun 2019 13:50 (UTC+04:00)
Bərdə rayonunda baş verən yol qəzasında xəsarət alan iki nəfər Bakıda müalicə olunduqları xəstəxanada ölüb. "Report"un Qarabağ mərkəzi xəbər verir ki, hadisə zamanı "QAZel" markalı avtomobildə olan sərnişinlər 1983-cu il təvəllüdlü Elnur İlyas oğlu Gülməmmədov və 2009-cu il təvəllüdlü İlyas Vasif oğlu Gülməmmədov ağır bədən xəsarətləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyətləri ağır olduğundan hər iki yaralı Bakı şəhərində yerləşən xəstəxanaların birinə göndərilib. Həkimlərin səyinə baxmayaraq onların həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, iyunun 7-də Bərdənin Alpout kəndində "QAZel" markalı iki yük avtomobili toqquşub. Nəticədə yük avtomobillərinin birinin yanacaq çənində partlayış baş verib.