Azərbaycanda ailədaxili zorakılıq hallarının səbəbi açıqlandı

15 May 2013 13:04 (UTC+04:00)

"Azərbaycanda ailədaxili zorakılıq hallarının əsas səbəbi qısqanclıqdır. Ailədaxili münaqişələr və qətl hadisələri əksər hallarda o ailələrdə baş verir ki, həmin ailədəki cütlüklər biri-birilərini tanımadan ailə qururlar". Bu sözləri Movqe.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Analitik Araşdırmalar və İnformaisya şöbəsinin müdiri Elgün Səfərov söyləyib. E. Səfərov deyir ki, aparılan monitorinqlər zamanı bəlli olub ki, ailədaxili zorakılıq hallarını əsasən tərəflərdən biri zorakılığa məruz qalan şəxslər törədir. Amma E. Səfərov ötən il ailədaxili zorakılıq hallarının əvvəlki illərlə müayisədə azaldığını söyləyir. Onun sözlərinə görə, 2012-ci ildə 800-ə qədər belə fakt aşkarlanıb.