Azərbaycanda ailədaxili zorakılıq qurbanlarına yardım üçün fəaliyyət göstərən "yardım mərkəzləri"nin sayı artırılmalıdır. Bu sözləri Movqe.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUHDK)Analitik Araşdırmalar və İnformasiya şöbəsinin müdiri Elgün Səfərov söyləyib. Onun sözlərinə görə, Türkiyədə hər 50 min nəfərə 1 "yardım mərkəzi" düşdüyü halda, Azərbaycanda "yardım mərkəz"lərinin sayı 10-dan artıq deyil: "Zorakılığa məruz qalmış qadınların bu mərkəzlərdə reablitasiyaya cəlb olunması vacibdir. Bunun üçün "yardım mərkəz"lərinin sayı artırılmalıdır".