“Azərbaycan Dəmir Yolları”nda yeni təyinat olub

10 İyun 2019 10:00 (UTC+04:00)

“Azərbaycan Dəmir Yolları” QSC-nin Təlim Mərkəzinə direktor təyin edilib.

Movqe.az xəbər verir ki, bu, Pərviz Quliyevdir.

O, indiyə qədər Asiya İnkişaf Bankının (ADB) Azərbaycan ofisində institusional layihələrin idarə edilməsi üzrə koordinator-menecer, “PAŞA Həyat Sığorta” ASC-nin Təlim Mərkəzinin rəhbəri işləyib.