Türkiyədə gəmi batdı - Sudan meyitlər çıxarılır

10 İyun 2019 10:19 (UTC+04:00)

Türkiyənin Bursa vilayətində gəmi batıb. Trend-in məlumatına görə, insident nəticəsində azı 2 nəfərin batdığı bildirilib.

8 nəfərin Türkiyə sahil mühafizə xidməti tərəfindən xilas edildiyi qeyd edilir. Xilas edilənlər arasında əcnəbilərin də olduğu bildirilir, lakin onların vətəndaşlığı açıqlanmır.

Gəmidə hansı səbəbdən qəza baş verməsi və batması barədə hələ məlumat verilmir.

Hazırda suda batanların meyitlərinin tapılması istiqamətində iş aparılır.